"İran 1 həftə ərzində ilk nüvə sınağını keçirə bilər" - Cavad Kərimi Kuddusi

10:05 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

MAQATE-nin direktoru Rafael Qrossi Tehranı müfəttişlərlə əməkdaşlığı artırmağa çağırıb. 

Hafta.az-ın yazdığına görə, Tehranın bu səviyyəyə yaxınlaşmasından narahatlığını ifadə edən Qrossi qeyd edib ki, bu, İranın bu müddət ərzində nüvə silahına malik olması və ya olacağı anlamına gəlmir. "Effektiv nüvə başlığı kifayət qədər parçalanan materiala malik olmaqla yanaşı, bir çox əlavə şeylər tələb edir" deyib Qrossi.

"Deutsche Welle" (DW) ilə müsahibədə Qrossi Tehranı MAQATE müfəttişləri ilə əməkdaşlıq səviyyəsini MAQATE-nin tələblərinə uyğun olaraq artırmağa çağırdığını təkrarlayaraq, İranın proqramının şəffaflığına dair artan şübhələr barədə xəbərdarlıq edib. Qrossi İranın fəaliyyəti ilə bağlı rüblük hesabatı dərc etməzdən əvvəl iki tərəf arasında həlledici məsələləri danışmaq üçün gələn ay Tehrana səfər etməyi planlaşdırdığını bildirib.

Qərb dövlətləri Qrossidən MAQATE Direktorlar Şurasının iyunun əvvəlində Vyanada keçirilməsi planlaşdırılan rüblük iclasından əvvəl İranla bağlı qərarları müzakirə edə bilmələri üçün rüblük hesabat təqdim etməyi xahiş ediblər.

Bu arada İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Cavad Kərimi Kuddusi bildirib ki, icazə veriləcəyi təqdirdə İran bir həftə ərzində ilk nüvə sınağını keçirə bilər. Kuddusi silah qadağası ilə bağlı İranın ali dini lideri Əli Xameneinin fətvasına istinad edib.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü ötən bazar ertəsi verdiyi açıqlamada “İranın nüvə doktrinasında silahın yeri yoxdur” deyib. İran rəsmisi obyektlər İsrailin bombardmanına məruz qalacağı təqdirdə nüvə siyasətlərini yenidən nəzərdən keçirəcəkləri ilə hədələyib.

Siyasət rubrikasından digər xəbərlər